Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05
Azərbaycan Ordusu əsgərinin intihar etdiyi deyilir. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində qeydə alınıb.

Məlumata görə, hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən agentliyə faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG