Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:04

İranda təhlükəsizlik qüvvələri Evin həbsxanasına hücum edib


Evin həbsxanası
Evin həbsxanası
-
İranın onlarla təhlükəsizlik qüvvəsi siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasının bir hissəsinə hücum edib. Saxlananlardan bir neçəsi xəsarət alıb. Aprelin 17-də həyata keçirilən reyddən sonra 30 məhbus təkadamlıq kameraya köçürülüb.

Müxalifət veb-saytlarının yaydığı məlumatları bəzi məhbusların ailələri təsdiqləyib. İnsan haqları müdafiəçisi Abdolfatan Soltani-nin qızı Radio Farda-ya deyib ki, atası döyülən və təcrid olunan məhbuslar arasındadır.

Maedeh Soltani informasiyanı həbsxananın içərisindən aldığını deyir.

Bu reyd son 20 ildə məhbuslara qarşı ən zorakı hərəkət sayılır. Azı 2 məhbus ciddi yaralanıb.

İranın Həbsxanalar Təşkilatının rəhbəri Gholamhossein Esmaili məlumatları “şayiə” adlandırıb.
XS
SM
MD
LG