Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22
-
Cənubi Koreyada bərəsinin batması nəticəsində ölənlərin sayı 25-ə çatıb. Bu barədə France-Presse agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

470 nəfərdən çox sərnişin daşıyan bərə aprelin 16-da səhər saatlarında ölkənin cənub-qərb sahilində batıb. Sərnişinlərin böyük əksəriyyəti məktəblilər olub. 179 nəfəri xilas etmək mümkün olub, 270-dən çoxunun taleyi barədə məlumat yoxdur.

Güclü külək axtarış tədbirlərini xeyli çətinləşdirib. Bərənin batma səbəbləri hələ ki məlum deyil. Bəzi sərnişinlərin dediklərinə görə, hadisədən bir neçə dəqiqə öncə güclü zərbə hiss ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG