Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

Cenevrədə Ukrayna barədə razılıq əldə olunub


Switzerland -- Russian Foreign Minister Sergei Lavrov speaks to media after talks on the situation in Ukraine in Geneva April 17, 2014.

Switzerland -- Russian Foreign Minister Sergei Lavrov speaks to media after talks on the situation in Ukraine in Geneva April 17, 2014.

Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi Ukraynadakı böhranın aradan qaldırılmasına dair razılığın əldə olunduğu bəyan ediblər. Cenevrədə başa çatan danışıqlardan sonra tərəflər qanunsuz birləşmələri silahları təhvil verməyə, dövlət binalarını boşaltmağa və zorrakılığa son qoymağa çağırıblar.

Ukrayna isə binaları qanunsuz zəbt etmiş etirazçılara amnistiya söz verib.
Tərəflər razılaşıblar ki, ATƏT gərginliyin azaldılmasına nəzarət etmək üçün Ukraynaya öz misiyasını göndərəcək.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynaya hərbi qoşun yeritmək arzusunda deyil.

ABŞ-ın Dövlət Katbi, John Kerry isə bəyan edib ki, əldə olunmuş razılaşma pozulduğu təqdirdə, Vaşinqton Rusiyanı cəzalandırmaq üçün əlavə addımlar atmaq məcburiyyətində qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG