Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53
-
Mayın 14-də Norveçin Stavanger şəhərində «Statoil»un sərmayədarlarının illik toplantısı olacaq.

Bu barədə şirkətin saytında məlumat verilib.

Xəbərdə illik toplantının gündəliyinə əlavə olaraq Anqola və Azərbaycandakı layihələrdən imtina olunması ilə bağlı məsələ də daxil edilib.

Məlumata görə, səhmdarların bir qrupu təklif edir ki, şirkət Anqola və Azərbaycandakı layihələrini dayandırsın, bunun əvəzində vəsaitlər milli və beynəlxalq səviyyədə alternativ enerji mənbələrinin axtarılması layihələrinə yönəldilsin.

Sözügedən məsələ əlavə bənd kimi gündəliyə bu il martın 31-də salınıb.

Norveçin «Statoil» şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və neft-qaz sektorunun bütün seqmentlərində (hasilat, kəşfiyyat və neft-qaz nəqli) təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG