Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

Azərbaycan və Rusiya DİN nümayəndələri Qubada görüşüblər


-
Aprelin 17-də Quba şəhərində Azərbaycan və Rusiya daxili işlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsi də müzakirə mövzusu olub.

Görüşdə, həmçinin, İşçi Qrupun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələlərə də toxunulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG