Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

Qafqaz Müsəlmanları İdarəsində «Halallıq qrupu» yaradıldı


-
Aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda qida məhsullarının halallığı ilə bağlı məsələlər müzakirə edilib.

Bu barədə QMİ-nin internet səhifəsində məlumat verilib.

Məlumata görə, çıxışlarda halallıq məsələsində dini mərkəzin rəyinin vacibliyi vurğulanıb.

İndiyədək «SAB» şirkətinin məhsullarına QMİ-nin halallıqla bağlı zəmanət verildiyi diqqətə çatdırılıb.

İclasda halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində 5 nəfər din xadimindən ibarət xüsusi işçi qrupun yaradılmasına qərar verilib. Daha sonra həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib.
XS
SM
MD
LG