Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

«Botanika bağı»nda ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb


-
Səbail polisinə istinadən bu barədə apa məlumat yayıb.

Məlumata görə, Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında 30 sot ərazidə qanunsuz olaraq 4-7 illik 40 Eldar şamı və Sərv ağacı kəsilib.

Nəticədə dövlətə 360 manat ziyan dəydiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Aprelin 7-də AzadlıqRadiosuna müsahibəsində Mərkəzi Nəbatat Bağının («Botanika bağı») direktor müavini Vahid Fərzəliyev ağacların kəsilməsi barədə yayılan məlumatları təkzib etmişdi. Bildirmişdi ki, bağda ağaclar kəsilmir, müəyyən xırda ağaclar başqa əraziyə köçürülür.

İki gün sonra «Botanika bağı»nın direktoru Oruc İbadov vəzifəsindən azad olunub. Direktor səlahiyyətləri Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru Validə Əlizadəyə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG