Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Sankt-Peterburqda Əlimərdan bəy Topçubaşovun büstü qoyulub


-
Aprelin 17-də Rusiyanın Sankt-Peterburq şəhərində Əlimərdan bəy Topçubaşovun büstü açılıb.

Bu barədə öz facebook profilində mərasimdə iştirak edən deputat Adil Əliyev məlumat yayıb.

Əlimərdan bəy Topçubaşov Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olub.

1862-ci ildə Tbilisidə anadan olan Ə.Topçubaşov 1934-cü il noyabrın 5-də Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub.

Büstün açılışında MDB Parlamentlərarası Assambleyanın toplantısına qatılan Azərbaycanın bir qrup deputatı iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG