Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

Forum 18 hesab edir ki, Azərbaycanda dini haqlardan necə istifadə sərt dövlət nəzarətindədir


Forum 18 Beynəlxalq təşkilatı bildirir ki, Azərbaycan hökuməti insanların inanc və din haqlarından necə istifadə etməsini sərt nəzarətdə saxlayır, Hökumətin icazəsi olmadan dini təhsil, dini kitab satışı qadağandır və cəzalandırıla bilər.

Forum 18 nurçuların həbsi ilə bağlı yazır ki, aprelin 12-də polis reydi keçirilən mənzilin sahibi Eldəniz Hacıyev və İsmayıl Məmmədov hələ də Milli Təhlükəsizlik Nazirliyində saxlanır. Qalan 9 nəfər isə cərimə olunub.

Eyni gündə, eyni məhkəmə şiə təriqətinin tədrisinə görə Zülfüqar Mikayılzadəni 2 min manat cəriməyə məhkum edib.

Forum 18 Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edib və bir sıra suallar verib: Said Nursi-nin kitabları, o cümlədən Risalei Nur Azərbaycanda qadağandırmı? Qadağandırsa bu qadağanı kim və nə vaxt verib? Niyə Bakıda və Göyçayda toplaşıb onun kitbalarını oxuyan dindarların evlərinə reyd olunur? Tutulanlar cəzalanır? Niyə şiə təriqətindən olan dini müəllim cəzalanır?
Forum 18 yazır ki, bu suallara cavab almayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG