Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34
-
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.

Bu haqda AzadlıqRadiosuna Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20 minədək şəxsi heyəti, zirehli texnikaları, o cümlədən, xüsusitəyinatlı qüvvələr iştirak edib.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.

Müdafiə naziri Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirib. O, təlimin nəticələrindən razı qaldığını bildirib.

2 günlük təlim 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq həyata keçirilib.
XS
SM
MD
LG