Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31
Putini laxlada bilən internetdir, ancaq bu amildən tam istifadə olunmur.
1994-cü il Budapeşt memorandumuna görə Ukraynanın ərazi bütövlüyünə təminatı ABŞ və Britaniya verib. Qərb mediasının icmalı
***

Financial Times Putini Rusiyanın ən böyük təbliğatçısı adlandırır. Qəzet misal çəkir ki, 35 il Moskvada məktəbdə tarix müəllimi işləyən İqor Dolitsky vaxtilə hakimiyyətin qoyduğu tabuların əleyhinə söz deməklə hətta işdən də qovulub. Ancaq şagirdləri arasında həmişə etimadı olub. Putin Hollivud ulduzu Steven Seagalla Moskvada sambo məktəbində

Putin Hollivud ulduzu Steven Seagalla Moskvada sambo məktəbində


İndi isə 60 yaşlı müəllim Rusiyanın Krımı anneksiya etməsini tənqid edən kimi şagirdləri onu hətta eşitmək belə istəmədiklərini bildiriblər: “Siz yalan deyirsiniz. Siz Rusiyanı sevmirsiniz”. Hətta şagirdlər müəllimə deyiblər ki, “Çıx, get Rusiyadan”.

***

Time yazır ki, sanksiyaların hər iki tərəf üçün ziyanından çox danışırlar, ancaq sanksiyalar Rusiyaya daha çox ziyan vuracaq, nəinki Qərbə.

Dövlət katibi Kerry Cenevrədə Rusiyanın xarici işlər naziri Lavrovla görüşəndə enerji, bank və s. sektorlar üzrə sanskiyalar hədəsi ən güclü silah olacaq.

Time ABŞ-ın statistik göstəricilərinə əsaslanaraq yazır ki, ABŞ-ın Rusiyaya illik ixracı 11,2 milyard dollar olub. Rusiya ABŞ-a ildə 26,4 milyard dollarlıq mal və məhsul satır.

Bu, onların ümumi ixracında hansı yeri tutur?

ABŞ-ın dünya üzrə illik ixracı 1 trilyon 370 milyard dollardır. Rusiyanın dünyaya ixracı ildə 508 milyard dollardır.

Bu göstəricilərə görə, sanksiyalardan ABŞ-a dəyən ziyan qat-qat az olacaq, nəinki Rusiyaya. Rusiyada yoxsulluq, metroda dilənən

Rusiyada yoxsulluq, metroda dilənən


***

Guardian yazır ki, Ukraynanı müdafiə etmək Qərbin öhdəliyidir və Rusiya bunu anlamalıdır.

Qəzetin fikrincə, Qərb daimi olaraq Putinin hərəkətlərini əvvəlcədən görə bilmir, daha sonra isə buna cavab verməkdə gecikir.

Qəzet yazır ki, Putinin Sovet İttifaqının bütün hissələrini birləşdirmək kimi nəhəng planı yoxdur. Ancaq aydındır ki, onun başqa məqsədləri var. O bu məqsədləri sinik olaraq “rusların müdafiəsi”, “Rusiya dünyası” kimi ifadələrlə pərdələyir.

Guardian hesab edir ki, Qərb Putinə çox aydın şəkildə bildirməlidir ki, Rusiyanın Ukraynaya yeni müdaxiləsinə mənasız sanskiayalarla yox, Qərbin Ukraynaya ciddi hərbi yardımı ilə cavab veriləcək.

Guardain xatırladır ki, 1994-cü il Budapeşt memorandumuna görə ABŞ və Britaniya Ukraynanın ərazi bütövlüyünün təminatçısıdır.

***

Financial Times yazır ki, bütün məhdudiyyətlərə baxmayaraq Rusiyada Putin rejimini laxlada bilən bir qüvvə var. O da internetdir. Ancaq qəzet əlavə edir ki, “əgər bu amildən istifadə etməyə cəhd edən olsa”.

Vircinia Politexnik İnstitutunda Rusiya siyasəti üzrə dərs deyən Steven Wilson qəzetə deyir: “Veb rəngli inlibalarda və ərəb baharında mühüm rol oynadı. Çünki əvvəlcə vebdən istifafədə bir sıçrayış oldu. Rusiyada isə bunu hələ görmürəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG