Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42
-

Azərbaycanın xalq rəssamı Ömər Eldarov «Birlik ulduzları-2014» mükafatının laureatı olub.

Laureatlar arasında MDB-nin 8 ölkəsindən tanınmış alimlər, rəssamlar, artistlər və ictimai xadimlər, o cümlədən A. P. Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov var.

Aprelin 17-də Rusiya Dövlət Akademik Böyük Teatrının Beethoven salonunda MDB-nin humanitar sahədə əsas mükafatının – «Birlik ulduzları»nın təqdimetmə mərasimi keçirilib.

Dövlətlərarası «Birlik ulduzları» mükafatı MDB-nin Humanitar Əməkdaşlıq üzrə Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHAF) tərəfindən 2009-cu ildə təsis edilib.

Mükafat hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində ən önəmli uğurlara görə təqdim olunur.

DHAF-ın İdarə heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG