Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:57
-
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tanınmış opera ifaçısı albomu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yazdırıb.

Albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alıb.

Oya Ergün Azərbaycanda və Türkiyədə albomun təqdimatını keçirmək fikrindədir.

Həyat yoldaşı Azərbaycanda çalışdığından, Oya Ergün 2 ildir ki Bakıda yaşayır.

Xanım Ergün bir sıra Avropa ölkələrində konsertlər verib. O, qadın hüquqlarının müdafiəçisi kimi də tanınır.

Oya Ergün son «Ruhum» adlı albomunda da Azərbaycan mahnılarına yer verib.

O, ötən il çıxan albomunun ilk klipini Səid Rüstəmovun «Haradasan» mahnısına çəkdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG