Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Ukraynada Milli Qvardiyaya hücum edilib, tələfat var

- Ötən gecə Maripul şəhəri yaxınlığında Ukrayna Milli Qvardiyasına separatçılar hücum edib. Daxili İşlər naziri atışmada separatçılardan 3 nəfərin öldürüldüyü bildirir.

- Çenevrədə Ukrayna, ABŞ, Rusiya və Avropa Birliyi rəsmilərinin Ukrayna böhranına dair müzakirəsi nəzərdə tutulur.

- BMT Ukraynadakı zorakılıq barədə xəbərdarlıq edir.



Hadisələri bizim LiveBlog-da izlə.

Ən son xəbərlər yazının yuxarı bölümündədir.
Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
14:03 17.4.2014

BMT UKRAYNADAKI ZORAKILIQ BARƏDƏ XƏBƏRDARLIQ EDİR

BMT rəsmisi xəbərdarlıq edir ki, Ukraynanın şərqindəki iğtişaşlar «ölkədə ümumiyyətlə sabitliyi poza bilər». BMT baş katibinin İnsan Haqları üzrə köməkçisi Ivan Simonovic aprelin 16-da BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, Ukraynaya dair BMT-nin son insan haqları hesabatını müzakirə edib. Hesabatda deyilir ki, Ukraynanın şərqində etirazçıların silahlanması bitməlidir. Hesabat «inkluziv, davamlı və mənalı milli dialoqa çağırır». Həmçinin Rusiyanın regiondakı etnik rus azlığının hücuma məruz qalmasına dair iddiaları yalanlayır.

Rusiya səfiri Vitaly Churkin hesabatı «qərəzli» adlandırıb.

Britaniya səfiri Mark Lyall Grant Rusiyanın Ukrayna böhranı barədə dediklərini «təxəyyül məhsulu» adlandırıb.

ABŞ səfiri Samantha Power Moskvanı «yaxşı təşkil olunmuş peşəkar qızışdırıcı kampaniya» aparmaqda ittiham edib.

Ukrayna səfiri Yuriy Sergeyev deyib ki, ölkəsinin keçmişin «korrupsiya» və digər pis yollarından qurtulması üçün «Rusiya onu sakit buraxmalıdır».
14:14 17.4.2014


UKRAYNA MİLLİ QVARDİYASINA HÜCUMDA SEPARATÇILARDAN 3 NƏFƏRİ ÖLDÜRÜLÜB
Aprelin 17-i səhər saatlarında Ukraynanın Mariupol şəhərində Milli Qvardiyaya Rusiya yönümlü separatçıların hücumunda onlardan 3-ü öldürülüb, 60-dan çoxu da saxlanıb. Ukrayna rəsmiləri separatçılardan 13 nəfərin də yaralandığını bildirir. Qvardiyada itkilər barədə məlumat yoxdur. (AP agentliyi)
14:35 17.4.2014


PUTİN UKRAYNANIN ŞƏRQİNDƏ RUSİYA HƏRBÇİLƏRİNİN OLMASI BARƏDƏ MƏLUMATLARI İNKAR EDİR

Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Krım separatçılarının arxasında Rusiya hərbçiləri durublar.

Ənəvi illik sual-cavab sessiyasında Rusiya prezidenti bildirib: “Onlar ehtiyyatla və peşəkarlıqla hərəkət edərək, yarımadada azad referendumun keçirilməsini, mülki əhaliyə qarşı silah işlədilməsinin qarşısını almaq məqsədini güdüblər ”. Eyni zamanda o, Ukraynanın şərqindəki gərginlikdə “Moskvanın əli” iddialarını cəfəngiyyat adlandırıb.

Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında kompormis əldə olunması imkanları haqda suala Putin cavab verib ki, belə bir kompormiss 3-cü tərəflər arasında deyil, Ukraynanın daxilindəki siyasi qüvvələr arasında əldə olunmalıdır.

Putinin fikincə, Ukraynanın şərqi əslində Rusiyanın əraziləri olub və 20-ci illərdə Sovet rəhbərliyi tərəfindən Kiyevin tabeçiliynə keçirilib. Putin bildirir ki, həmin ərazilərin sakinləri Ukrayna vətəndaşları olsalar da, etnik cəhətdən rusdurlar və onalrın hüquqları təmin olunmalıdır.

Davamı

XS
SM
MD
LG