Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:54

Azərbaycan və Ukrayna rəsmiləri görüşüb


Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko ilə görüşüb.

N. Qalibarenko Ukraynadakı vəziyyət barədə danışıb. Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamə layihəsinin lehinə səs verdiyinə görə bir daha minnətdarlıq edib. O, yaranmış vəziyyətə baxmayaraq Ukraynanın Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi niyyətində olduğunu, bu istiqamətdə lazımi səylərin göstəriləcəyini bildirib.

Səfir Ukraynada yaranmış gərgin vəziyyətin tezliklə həll olunacağına, siyasi və iqtisadi vəziyyətin sabitləşəcəyinə inandığını bildirib.

Görüşdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair bir sıra məsələlər müzakirə edilib. Gələcəkdə təmasların inkişaf etdirilməsi, birgə layihələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

Xəbəri Azərbaycanın Ukraynadakı səfirliyinin saytı yayıb.
XS
SM
MD
LG