Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

Ukraynanın şərqində 3 separatçı öldürülüb


-
Ukraynanın şərqində Mariupol şəhərində 3 rusiyayönlü fəal öldürülüb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində bəyanat yayıb.

Nazir yazır ki, aprelin 17-nə keçən gecə Ukrayna əsgərlərinin bazasına hücum olub. 300-ə yaxın adam Molotov kokteyli və odlu silahlardan istifadə edərək hərbi hissəni ələ keçirməyə cəhd göstəriblər. Hücum dəf edilib. Avakovun məlumatına əsasən, 3 nəfərin olümü ilə yanaşı, toqquşmalarda 13 nəfər yaralanıb, 63 separatçı isə həbs olunub.

Haidəsi ilə bağlı İnterfax-ın yaydığı məlumatda bildirilir ki, atışma gecəyarısı Mariupol yaxınlığında Ukrayna Milli Qvardiyası bazası yaxınlığında başlayıb. Silahlı etirazçılar dəstəsi bazaya gələrək tələb ediblər ki, Milli Qvardiya Ukraynanın yeni, qərbyönlü hökumətinə qarşı üsyana qoşulsunlar.

AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına əsasən Mariupolda-kı Ukrayna hərbçiləri separatçıların təklifini rədd edəndən sonra, hərbi hissəyə olan hücumun qarşısını silah gücünə alıblar.

Aprelin 17-də Cenevrədə Ukrayna böhranına dair Birləşmiş Ştatlar, Ukrayna, Rusiya və Avropa Birliyi danışıqlar aparacaq.
XS
SM
MD
LG