Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

BMT Ukraynadakı zorakılıq barədə xəbərdarlıq edir


-

BMT rəsmisi xəbərdarlıq edir ki, Ukraynanın şərqindəki iğtişaşlar «ölkədə ümumiyyətlə sabitliyi poza bilər». BMT baş katibinin İnsan Haqları üzrə köməkçisi Ivan Simonovic aprelin 16-da BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, Ukraynaya dair BMT-nin son insan haqları hesabatını müzakirə edib. Hesabatda deyilir ki, Ukraynanın şərqində etirazçıların silahlanması bitməlidir. Hesabat «inkluziv, davamlı və mənalı milli dialoqa çağırır». Həmçinin Rusiyanın regiondakı etnik rus azlığının hücuma məruz qalmasına dair iddiaları yalanlayır.

Rusiya səfiri Vitaly Churkin hesabatı «qərəzli» adlandırıb.

Britaniya səfiri Mark Lyall Grant Rusiyanın Ukrayna böhranı barədə dediklərini «təxəyyül məhsulu» adlandırıb.

ABŞ səfiri Samantha Power Moskvanı «yaxşı təşkil olunmuş peşəkar qızışdırıcı kampaniya» aparmaqda ittiham edib.

Ukrayna səfiri Yuriy Sergeyev deyib ki, ölkəsinin keçmişin «korrupsiya» və digər pis yollarından qurtulması üçün «Rusiya onu sakit buraxmalıdır».
XS
SM
MD
LG