Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:35

«KQB» agentləri niyə ifşa edilmədi?


MTN binası
MTN binası
-
«KQB AGENT» VƏ «STUKAÇ»LARI NİYƏ İFŞA EDİLMƏDİ?

«Azadlıq» qəzetində oxuyuruq: AXC zamanı (oktyabr, 1992) parlament «Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (MTN) arxivləri haqqında» məsələni müzakirəyə çıxarıb. Biz indi o həyəcanlı günlərdə parlamentə arxiv qəzetləri hesabına səfər edəcəyik. Parlamentin o gərgin iclaslarına qatılmamışdan əvvəl bu məlumatı da öyrənməkdə fayda var.

«KQB» arxivlərinin açılması barədə tələb elə hakimiyyətdə olan AXC-nin təşəbbüs və təkidi ilə olub. 1992-ci ilin sentyabrında hələ Elçibəyin prezidentliyinin «yüz günü» tamam olmamış AXC İcraiyyə Komitəsi DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsi) açılması barədə qərar qəbul edir və bu qərar təklif formasında Milli Məclisə çatdırılır.

Bu qərar təsadüfi ortaya çıxmamışdı, əksinə, AXC-nin mahiyyətindən irəli gəlirdi. Çünki bu barədə AXC sədri Əbülfəz Elçibəyin vədi vardı. Vəkil və o zamanlar AXC hakimiyyətinə tənqidi qeydlərilə seçilən Aslan İsmayılovun «Müxalifət» qəzetinin 2 fevral 1993-cü il tarixli sayında yazdıqlarına şübhə etməsək, Əbülfəz Elçibəydən başqa heç bir namizəd arxivlərin çılması barədə fikir və təklifləri dəstəkləməyib.

MİLLİ GİMNASTİKA ARENASI AÇILDI
«AzərTAc»: Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular və gimnastların məşq prosesinə baxdılar.

Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaq.

«YOL TERRORU» AXIRIMIZA ÇIXIR

«Yeni Müsavat» yol qəzalarından yazır. 2014-cü ilin ilk 3 ayı ərzində respublikanın yollarında 523 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 232 nəfər ölüb, 499 nəfər yaralanıb. Ümumilikdə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, son 26 ildə ölkəmizdə yol qəzaları nəticəsində 23 min 413 nəfər dünyasını dəyişib. Halbuki Qarabağ müharibəsində Azərbaycan Ordusunun itkisi bundan təxminən 2 dəfə az - 14 min nəfər olub.

İdarənin məlumatına görə, 1988-2013-cü illərdə Azərbaycanın avtomobil yollarında 66 min 987 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 413 nəfər ölüb, 74 min 781 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2013-cü ildə isə respublika ərazisində 2846 yol qəzası baş verib, 1164 nəfər ölüb, 2948 nəfər xəsarət alıb.

Bəzi sürücülər qəzaların səbəbini yollarda görür. Onlar yol standartlarının gələn maşınların sürətinə uyğun olmadığını, Azərbaycanda dünya standartlarına cavab verən yol olmadığını deyirlər. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirib ki, qəzaların səbəbini dövlətdə yox, sürücülər özlərində görməlidir.

BAKI AEROPORTUNUN FOTOLARI YAYILIB

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binası tikilməkdədir. Milli.Az həmin kompleksin fotolarını əldə edib.

İnşası 2011-ci ilin martında başlayan kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Yeni kompleksin bu il istifadəyə veriləcəyi gözlənilir. Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər. Üçbucaq şəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək. Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq. Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək.

İnşası 2011-ci ilin martında başlayan kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Yeni kompleksin bu il istifadəyə veriləcəyi gözlənilir. Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər.

Üçbucaq şəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək. Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG