Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Cənubi Osetiya gürcü jurnalistlərini sərbəst buraxıb


Sərbəst buraxılan jurnalist Bela Zakaidze

Sərbəst buraxılan jurnalist Bela Zakaidze

-

Cənubi Osetiya ilə inzibati sərhəd xəttində saxlanan 3 gürcü jurnalist sərbəst buraxılıb. Separatçı regionun təhlükəsizlik xidmətindən bildiriblər ki, jurnalistlər aprelin 16-da heç bir cərimə ödəmədən, «xoş məram jesti» kimi azad olunub.

Tbilisidə yerləşən TV3 televiziya kanalı bildirib ki, reportyoru Bela Zakaidze, operator Vakhtang Lekiashvili və yayım texniki Mikheil Mikhoev aprelin 15-də Rusiya qüvvələri tərəfindən saxlanıb. Televiziya heyəti «sərhəd» məsələsinə və rusların sərhəd xətini gürcülərin idarə etdiyi ərazilərə doğru dəyişməsi cəhdlərinə dair reportaj hazırlayırmış.

Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarında əsgər saxlayır.

Moskva 2008-ci ilin avqustunda Tbilisi ilə qısa müharibədən sonra hər iki regionu müstəqil dövlət kimi tanıyıb. Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıyandan sonra Tbilisi Moskva ilə diplomatik münasibətləri kəsib.
XS
SM
MD
LG