Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Ukrayna böhranı Cenevrədə müzakirə olunur


-

ABŞ, Rusiya, Ukrayna və Avropa Birliyi rəsmiləri Ukraynadakı böhranı müzakirə etmək üçün aprelin 17-də bir araya gəlir. Cenevrədə keçirilən görüş Rusiyayönlü separatçıların Ukraynanın şərqində bir sıra şəhər və rayonları ələ keçirən vaxta təsadüf edir.

Aprelin 16-da silahlı təxribatçılar Ukraynaya məxsus 6 hərbi texnika karvanını Kramatorsk şəhərində ələ keçirib.

Onlar həmçinin Donetskdə şəhər administrasiyasının binasını zəbt ediblər.

Cenevrəyə gələn Ukraynanın hazırkı Xarici işlər naziri Andriy Deshchystsya bildirib ki, o, Moskvadan «terror fəaliyyətinə» verdiyi dəstəyi dayandırmağı və qoşunlarını sərhəddən geri çəkməsini tələb edəcək.

Deshchystsya bildirib ki, Kiyev rəsmi Moskva ilə danışıqlara hazırdır. Bununla belə vurğulayıb ki, Rusiyanın Ukraynanı necə idarə etməklə bağlı diktə etməyə hüququ yoxdur.
XS
SM
MD
LG