Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Alim Azərbaycanda güclü zəlzələ gözlənmədiyini deyir, amma...


Arxiv fotosu: Zəlzələ ölçü cihazı.
Arxiv fotosu: Zəlzələ ölçü cihazı.
-

Səbinə Kazımova geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur. Bu yaxınlarda "Böyük Qafqazın Azərbaycan hissəsinin seysmik tomoqrafiyası üzrə" təcrübə qazanmaq üçün ABŞ-nın Livermol şəhərinə göndərilib.

Onunla Azərbaycanda zəlzələ ehtimalları və səfərdə öyrəndiklərinə dair söhbət etmişik.

- Hazırda Azərbaycanda zəlzələ ocaqlarının vəziyyəti nə yerdədir? Qarşıda zəlzələ təhlükəsi varmı?

- Bu gündən danışırıqsa, deyə bilərik ki, elə bir zəlzələ gözlənmir. Əlbəttə, seysmik fəallığı yüksək zonalar, həmişəki kimi, fərqlənir.

Məsələn, Şamaxı-İsmayıllı zonası, Zaqatala zonası. 2012-ci il mayın 7-də Zaqatalada 2 güclü zəlzələ qeydə alınmışdı. Bu zəlzələ İsmayıllıda da özünü göstərdi.

Təbii ki, 2013-cü ildə episentri Hacıqabulda olan zəlzələni də deməliyik. İndi güclü zəlzələ gözlənmir. Amma öyrəndiyimiz, araşdıra bildiyimiz səviyyədə gözlənmir. Tam təminat yoxdur. Zəlzələ hər zaman və hər yerdə gözlənilmədən baş verə bilər.
- Siz, Amerikada, Lavrens Livermol Milli Laboratoriyasında olmusunuz, bir çox alim-professorla görüşləriniz olub. Hansı təəsüratlarla qayıtmısınız?

- Təəsüratım zəngindir. Bizə baxanda Amerikada seysmoloqların səviyyəsi xeyli üstün görünür. Onlar araşdırmalarda xeyli irəliləyiblər. Çoxlu seysmo-tomoqrafik stansiyaları var.

lə Amerikaya gedişim də bunlarla bağlıydı. Özəlliklə Yer qabığının Azərbaycan ərazisinə və bütövlükdə Qafqazın payına düşən hissəsinin öyrənilməsi ön planda dururdu.

Ayrıca zəlzələ ocaqlarının dinamik parametrlərinin araşdırılma proqramlarını, Azərbaycanda sayı 300-dən çox olan palçıq vulkanlarının araşdırılma yollarını da öyrənirdim. Bu vulkanların da öyrənilməsi çox aktualdır.

- Təcrübə xarakterli səfərinizin Azərbaycan üçün hansı faydaları olacaq? Zəlzələni öncədən müəyyən etmək mümkün olacaqmı?

- Bildiyiniz kimi, Azərbaycan ərazisi seysmik fəallığı yüksək olan Qafqaz daxilindədir. Zəlzələyə daha həssas yerlər də Azərbaycandadır. Onları üzə çıxarmaq, ən yeni proqram və metodikadan yararlanmaqla bu hissələri öyrənmək ölkəmizin geoloji modelini – yer, ərazi özəlliklərini daha dolğun və dəqiq öyrənməyə imkan verir.

Amma bunu da deyim ki, zəlzələnin dəqiq yerini, vaxtını və gücünü söyləmək, hələlik, mümkün deyil. Olur ki, zəlzələnin yerini müəyyənləşdirirsən, amma vaxtını və ya gücünü müəyyənləşdirmək mümkün deyil.

Parametrləri bütövlükdə öncədən söyləyə bilməsək də, seysmik fəallığı, gözləntiləri, təhlükəni öncədən sezməklə özümüzü zəlzələnin acı nəticələrindən qoruya bilərik. Yeni proqram və metodlar hansı ərazidə güclü zəlzələ gözləndiyini və ya zəif təkanlar olacağını bilməyə imkan verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG