Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45

Prezident pensiyaçıdan 90, həkimdən 75 dəfə çox maaş alır


.

YALANÇI KİMDİR: MƏMUR, YOXSA JURNALİST?
Azərbaycanda nazirlərin, adi vəzifə adamlarının, onların ailə üzvlərinin dəbdəbəli həyatı, bahalı mal-mülkləri barədə az qala hər gün müxtəlif internet saytlarında məlumatlar, fotolar verilir. Əksər hallarda da məmurlar bunların yalan olduğunu deyir, jurnalistləri yalançılıqda ittiham edirlər.

Burada biz bütün kateqoriyalardan olan yüksəkvəzifəli məmurların aldıqları rəsmi əmək haqlarının cədvəlini vermişik. Belə məmurlardan hər hansı birini tanıyırsınızsa, qonşunuzdursa, çox güman necə bir həyat sürdüyünə də bələdsiniz. Bu siyahıda gördüyünüz əməkhaqqı ilə onun yaşadığı həyat tərzini qurmaq mümkün olub-olmamasına özünüz qərar verin.

(İnfoqrafikanı böyük formatda görmək üçün kursoru üstünə vur:)PREZİDENT ORTA PENSİYADAN 90 DƏFƏ ÇOX MAAŞ ALIR
Bir prezidentin öz ölkəsində dövlət büdcəsindən hamıdan çox maaş alması o qədər də qəribə deyil. Amma Azərbaycanda dövlət başçısının maaşı ilə orta aylıq pensiya arasında 90 dəfə fərq var. Prezident İlham Əliyevin aylıq əməkhaqqı 15 000 manatdır. Onun rəhbərlik etdiyi ölkədə orta aylıq pensiya isə 165 manat. Üstəlik, prezidentin özünün və ailəsinin təminatı dövlət büdcəsindən ödənilir.

Konstitusiyaya əsasən, Azərbaycanda ikinci şəxs Baş nazirdir. Hökumətə rəhbərlik edən Artur Rasizadə prezidentdən 6 dəfə (2 406 manat), konstitusiya ilə Baş nazirdən sonrakı sırada dayanan Milli Məclisin sədri isə 4.5 (3 375) dəfə az əməkhaqqı alır.

Əhalinin başqa təbəqələrinin maaşları ilə prezidentin əməkhaqqı arasında fərq isə onlarla dəfədir. Məsələn, prezident sıravi həkimdən 75 dəfə, müəllimdən 52 dəfə çox maaş alır..
BU MAAŞA KİM NƏ ALA BİLƏRDİ?
Bu rəqəmlərin konkret nə ifadə etdiyini əyani görmək üçün təsəvvür edək ki, martın sonlarında hamı maaşını alan kimi bazara gedir. Görək, öz maaşına kim ailəsi üçün nə ala bilərdi?

Azərbaycan ailələrində ən çox işlənən malların aprel ayına olan qiymətləri əsasında kiçik bir cədvəl tərtib edək:
Mənbələr:
*** Azərbaycan prezidentinin maaşı Seçki Məcəlləsi ilə tənzimlənir.

*** Baş nazirə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul da verilir. Həmin 25 faiz də siyahıda nəzərə alınıb.

*** Milli Məclisin deputatları səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul alırlar. Həmin 50 faiz də yuxarıdakı siyahıda nəzərə alınıb.

*** Nazirlər səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul verilir. Həmin 25 faiz də hesablanıb.

*** Hakimlər əlavə müavinətlər də də alırlar. Burada o nəzərdə tutulmayıb.

*** İcra hakimiyyəti başçıları səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul verilir. Burada həmin məbləğ də hesablanıb.

*** Dövlət qulluqçuları və müxtəlif fəaliyyət sahələri üzrə aylıq orta maaşların məbləği barədə Dövlət Statistika Komitəsinin sonuncu məlumatı 2012-ci ilə aiddir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG