Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

Hotel sahibinin Rusiyaya qarşı bir nəfərlik etiraz aksiyası


Ostravada Brioni Boutique hotelinin sahibi Tomáš Krčmář

Ostravada Brioni Boutique hotelinin sahibi Tomáš Krčmář

Çexiayada hotel sahibi Rusiyaya qarşı təkbaşına etiraz edir. Onun sahibi olduğu “Brioni Boutique” hotelinin qarşısına belə bir lövhə vurulıub: “Krımın anneksiyasına görə 2014-cü il martın 24-dən biz Rusiya Federasiyası vətəndaşlarını bu hoteldə yerləşdirməkdən imtina edirik. Biz Rusiyanın nəcib vətəndaşlarından isə üzr istəyirik. Sizin Brioni Boutique hotel”.

Hotelin sahibi Tomas Krcmar deyir ki, o təkcə Krımın anneksiyasına etirazını bildirmir. O həm də Çexiyanın və Avropa Birliyinin bu anneksiyaya zəif reaksiyasına etiraz edir.

Ukrayna hadisələri Krcmara yaxındır. Onun nənəsi ukraynalıdır.

Krcmar deyir: “Dərs öyrənməyə 1939-cu ildə olanları xatırlamayanlar onda qoy 1968-ci ili xatırlasınlar və heç olmasa, 2008-ci ildə Gürcüstanı yada salsınlar”.

Cəmiyyətin passivliyinə də tənqidi yanaşan Krcmar qərara gəlib ki, bir nəfərdən ibarət etuiraz aksiyası keçirsin. Krcmar yazdığı elanı göstərir

Krcmar yazdığı elanı göstərir


O deyir: “Nə qədər ki, biz cavab verməyəcəyik, Rusiya bunu bizim zəifliyimiz kimi yozacaq. Bu onların mentalitetidir.”

Ancaq hotel sahibi onu da anlayır ki. onun bu etirazı heç nəyi dəyişmir. Onun özünə isə maddi ziyan dəyir.

Krcmar: “Mən etiraf edirəm ki, bu boykotla mənim öz cibimə ziyan dəyir. Mənim qonaqlarımın 10 faizi Rusiya vətyəndaşları idi”.

Ancaq Krcmar illik gəlirinin 10 faizini itirməyə hazırdır. O bildirir ki, beləcə 1-2 il dözə bilər.

Onun yeganə problemi Çexiya qanunları ilə yarana bilər. Çexiya qanunlarına görə irqi, milli, cinsi və ya hər-hansı belə ayrıseçkilik qadağandır.

Çexiyanın Ombudsman offisi bildirir ki, hotellər ictimai xidmət göstərdiyinə görə, Krcmarın etirazı onun özəl seçimi sayıla bilməz və buna görə, ayrseçkilik kimi qiymətləndirilə bilər.

Ancaq qanunda boşluq da tapmaq olar. Ayrıseçkilik qanunlarında hər hansı bir insana qarşı onun vətəndaşlığı ilə bağlı ayrı-seçkiliyin adı çəkilmir.

Krcmar deyir ki, o heç nədən, o cümlədən bu hərəkətinin nəticələrindən çəkinmir. O hətta boykot qərarından sonra qəzəbli məktublar, e-maillər aldığını da gizlətmir.

O deyir ki, Avropa Birliyi Moskvay aqarşı sərt sanskiyalar qoyana qədər etirazını davam etdirəcək.

“Mənim fikrimcə, Moskva təcrid olunmalıdır. Ona Avropada yer yoxdur. Siyasətçilər hərəkət edənə qədər mən öz yolumu davam etdirəcəyəm”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG