Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

NATO şərq sərhədlərində güclənmək qərarını verir


Anders Fogh Rasmussen

Anders Fogh Rasmussen

-
NATO Baş katibi Fogh Rasmussen deyib ki, Ukrayna böhranına cavab olaraq NATO şərq sərhədlərində möhkəmlənir. Brüsseldə NATO-nun siyasi qərar verən əsas qurumu olan Şimal Atlantik Şurasının toplantısından sonra Rasmussen bildirib ki, NATO quruda, suda və havada daha çox hərbi qüvvə yerləşdirəcək: ”Havada daha çox təyyarə, suda daha çox gəmi, quruda daha çox hazırlıq olacaq”.

Konkret detallara gəldikdə baş katib deyib ki, Baltik regionunda hava mühafizəsi artırılacaq, Baltik dənizində və Aralıq dənizində yeni gəmilər yerləşdiriləcək. “Hara lazımdır, orda yeni qüvvə olacaq”.

BƏS QARA DƏNİZ?

Qara dənizdə yeni qüvvə yerləşdirmək barədə Rasmussen heç nə deməyib. Rusiya Qara dənizlə sərhəddir, onun Krımda hərbi bazası var. NATO üzvləri olan Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizlə sərhəddirlər.

ABŞ bu həftə bildirdi ki, Rusiyanın qırıcı təyyarəsi Qara Dənizdə beynəlxalq sularda üzən ABŞ hərbi gəmisinin bir neçə dəfə yaxınlığından uçub. Litvada ABŞ-ın F-15C „Eagle“ təyyarəsi

Litvada ABŞ-ın F-15C „Eagle“ təyyarəsi


ABŞ özü bu günlərdə Polşada və Baltik ölkələrində qırıcı təyyarələr yerləşdirib.

Rasmussen yeni qərarların sırf müdafiə məqsədli olduğunu vurğulayıb.

NATO rəhbəri onu da deyib ki, Ukrayna böhranının siyasi yolla həllinə üstünlük verir.

Rasmussen hesab edir ki, Moskva Ukraynanın şərqində separataçıları və silahlı zorakılığı dəstəkləmədiyini aydın bildirməlidir.

Aprelin 16-da zirehli maşınlar şərqi Ukraynanın iki şəhərində görünüb. Ukrayna rəsmiləri etiraf ediblər ki, bu maşınları rusiyapərəst qüvvələr Ukrayna silahlı qüvvələrindən qeyri-qanuni götürüblər.

Krımın anneksiyasından sonra NATO Rusiya ilə əməkdaşlığı dayandırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG