Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:05

NİDA-çıların məhkəməsində videoya baxdılar


Foto: Arxiv
Foto: Arxiv
-
Aprelin 16-da NİDA-çıların məhkəməsi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki prosesdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərəkat üzvlərinin yaşadıqları mənzillərdə apardığı çəkilişlər nümayiş etdirilib.

İlk olaraq 2013-cü il martın 7-də Bəxtiyar Quliyevin yaşadığı mənzildə MTN əməkdaşlarının axtarışı ilə bağlı videogörüntülər göstərilib.

Videogörüntüdə Bəxtiyar Quliyevlə atası mənzildən tapılan narkotik maddə və benzin dolu butulkalardan xəbərsiz olduqlarını deyirlər.

Daha sonra Məmməd Əzizovun evində aparılan axtarışla bağlı videoya baxılıb. Həmin görüntüdə də evin qapısı ağzındakı şkafdan narkotik bitkiyə oxşar nə isə aşkar edilərək götürülür. Videogörüntüdə Məmməd Əzizov mənzilə 4 gün əvvəl köçdüyünü və şkafdan tapılan «otun» ona heç bir aidiyyəti olmadığını deyir.

Proses aprelin 17-də davam edəcək.
XS
SM
MD
LG