Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36
-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi:

Arthur Canon Doyle‎. Qorxu vadisi,

Agatha Christie. Şərq ekspressində qətl,

Heinrich Böll. O illərin çörəyi.



QORXU VADİSİ

Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir.

ŞƏRQ EKSPRESİ”NDƏ QƏTL

Detektiv Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.

Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.

O İLLƏRİN ÇÖRƏYİ

Bütün Avropanı sarsıtmış, ən çox da Almaniya və Rusiyanı viran qoymuş II Dünya müharibəsindən sonrakı cəmiyyətin fonunda, əsərin qəhrəmanı Valter Fendrixə uşaqlığı, gəncliyi, qocalığı, yaxud dünəni, bu günü, sabahı – ümumiyyətlə, bütün həyatı və mənəvi dünyası məhv olmuş minlərlə, milyonlarla insanın ümumiləşdirilmiş surəti kimi baxmaq daha düzgün olar.

O, müharibədən fiziki mənada salamat qurtulmuş, lakin mənəvi dünyası müharibənin fəlakətləri ilə damğalanmış və bu damğanı bütün həyatı boyu daşımağa məruz qalmış, buna məhkum edilmiş bir fədaidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG