Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

20 yaraqlı Donetskdə inzibati binanı nəzarətə alıb


Aprelin 16-da Donetsk küçələrinə Rusiya bayrağı ilə zirehli maşınlar çıxıb. Eyni vaxtda separtçılar Donetskin əsas inzibati binasına hücum ediblər.

Ən azı 20 yaraqlı şəxs binanı nəzarətə alıb.

Zirehli maşınlar Kramatorsk və Slavyansk şəhərlərində də küçələrdədir.

Ukraynanın müdafiə nazirliyi rusiyapərəst qüvvələrin hərbi texnikanı ələ keçirdiyini və ya ukraynalı əsgərlərin qarşı tərəfə keçməsini rədd edir.

Ukraynanın baş naziri Yatsenyuk Rusiyanı terrorizm ixrac etməkdə ittiham edib.
XS
SM
MD
LG