Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:28

Üç ayda Səbail rayonunda 537 yeni iş yeri açılıb


Bunu aprelin 16-da Səbail rayon icra hakimiyyətində 3 ayın yekunlarına həsr olunmuş toplantıda çıxış edən icra başçısı Asif Əsgərov deyib.

Xəbəri icra hakimiyyətinin saytı yayıb.

İcra başçısının bildirdiyinə görə, üç ayda rayonun sənaye müəssisələrində 5 milyon 600 min manatlıq sənaye məhsulu istehsal edilib, nəqliyyat və rabitə müəssisələri 217 milyon manatlıq xidmət göstərib.

Üç ay ərzində tikinti quraşdırma işlərinə 554 milyon manat vəsait yönəldildiyini deyən icra başçısı bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 54.7 % çox olduğunu bildirib.

Asif Əsgərov rayonda yaradılan yeni iş yerləri və işlə təminat məsələsinə də toxunub:

«Rayonda çalışan işçilərin sayı 112407 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905.1 manat olub. Bu da keçən illə müqayisədə 1.0 % çoxdur. 2014-cü ilin birinci rübündə Səbail rayonunda 537 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir».
XS
SM
MD
LG