Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26
-
Aprelin 16-da prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı fərman verib.

Fərmana görə, icra hakimiyyətləri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliklərinə tapşırılır ki, aqroparkların yaradılması barədə təkliflərini altı aya hazırlayıb prezidentinə təqdim etsinlər.

Bundan başqa, hər iki nazirliyə 3 ay ərzində aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün «elektron kənd təsərrüfatı» informasiya sisteminin yaradılması tapşırılır.

Fərmanın növbəti bəndlərində xarici investorların Azərbaycanın kənd təsərrüfatına cəlb olunması, heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması və s. məsələlərlə bağlı da tapşırıqlar verilir.

Sənəddə aqrar sahədə kadr hazırlığının təmin olunması, şoranlaşmış torpaqların sağlamlaşdırılması ilə bağlı aidiyyəti dövlət qurumlara tapşırıqlar verilir.

Fərmanda istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınmasını tənzimləyən normativ hüquqi aktların hazırlanması və s. məsələlər də yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG