Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:40

Sökülməli ev girovdadırsa?...


Arxiv fotosu
Arxiv fotosu
“Evim 2 ildir ki, banklardan birində girovdadır. Müqaviləyə görə, girovdan çıxarılmasına hələ 3 il var. Kvadratına 1500 manat verib evdən çıxarırlar. Ancaq deyən yoxdur ki, girov məsələsi necə həll olunacaq?”

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə “Sovetski”də söküləcək mənzillərdən birinin sahibi Baxış Səfərov deyir. O, hökumət tərəfindən söküləcəyi nəzərdə tutulan mənzilinin girovluq taleyinin necə həll olunacağından narahatdır:

“QARIŞIQ MƏSƏLƏ İLƏ ÜZLƏŞMİŞİK”

“Qapıya gələnlərə də demişəm ki, evim girovdadır. Deyirlər, hökumət yalnız nəzərdə tutulan kompensasiyanı ödəyir. Girov məsələlərinin həlli nəzərdə tutulmayıb. Belə çıxır ki, mən alacağım pulları banka ödəməliyəm? Çox qarışıq bir məsələ ilə üzləşmişik”.

İqtisadi və Sosial İnkişaf Mərkəzi “Sovetski” ərazisindəki evlərin təqtribən 15 faizinin müxtəlif banklarda girov qoyulduğunu araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyəti isə deyir ki, Nazirlər Kabinetinin qərarında sakinlərə yalnız mənzillərin kvadratına görə kompensasiya nəzərdə tutulub.

“ƏLAVƏ ÖDƏMƏLƏR HÖKUMƏTİN ÜZƏRİNƏ QOYULMALIDIR”

İqtisadçı-ekspert Nemət Əliyev isə bildirir ki, evlər sakinlərdən alınarkən əlavə ödəmələr də hökumətin üzərinə öhdəlik kimi qoyulmalıdır. Onun sözlərinə görə, hökumətin “Sovetski” layihəsi qəflətən ortaya çıxdığına görə orada yaşayanlar üçün əsl fors-major şəraiti yaradıb. Bununla da orada yaşayanları çıxılmaz duruma salıb:

“Buna görə də əlavə ödəmələri, bankla hesablaşmaları hökumət özü aparmalıdır”.

Nemət Əliyev sakinlərə girov məsələsinin məhkəmədə mübahisələndirilməsini məsləhət görür.
XS
SM
MD
LG