Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:38

İ. Əliyev ATƏT rəsmisini qəbul edib


Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapić-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Ranko Krivokapić ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb və bunu əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib.

Bundan başqa o, ATƏT-in Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Regiondakı vəziyyətə toxunan İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu bildirib. Dövlət başçısı həmçinin Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib.

Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG