Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

Nərimanov rayonunda uçan binayla bağlı istintaq yekunlaşıb


Uçan bina
Uçan bina
-

Bu ilin yanvarında Nərimanov rayonunda sökülməkdə olan binanın uçmasıyla bağlı istintaq tamamlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

EKSKAVATORÇU SAXLANIB

Yanvarın 25-də Bakıda, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində sökülməkdə olan bina uçub. Hadisə nəticəsində iki nəfər ölüb. Həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar. Binanın uçması nəticəsində yaxınlıqda dayanan bir avtomobil tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib.

Hadisəyə dair Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla söküntü işlərini həyata keçirən «Araz-2011A» MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədov barəsində təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilib. Onların «Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları» və «Tikintidə təhlükəsizlik texnikası» norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarına əsaslı şübhələr olub.

19 MİN MANATLIQ ZİYAN

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla zəruri ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb və digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaq müəyyən edib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olub. Eyni zamanda həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG