Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

Cənubi Osetiya ilə inzibati sərhəd xəttində 3 gürcü jurnalisti saxlanıb


Cənubi Osetiya sərhədində Rusiya və Gürcüstana məxsus hərbi və polis maşınları

Cənubi Osetiya sərhədində Rusiya və Gürcüstana məxsus hərbi və polis maşınları

-

JURNALİSTLƏRİN MƏSƏLƏSİ PRAQADA MÜZAKİRƏ OLUNACAQ


Aprelin 16-da Praqada Rusiya-Gürcüstan danışıqlarının altıncı raundu keçiriləcək.

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze Tbilisidə jurnalistlərə deyib ki, üç gürcü jurnalistinin saxlanması məsələsi müzakirə olunacaq.

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə təmsilçisi Zurab Abashidze-nin Praqa görüşü martın 4-5-nə planlaşdırılsa da, iki dəfə təxirə salınıb.

Karasin və Abashidze-nin danışıqlarının birinci raundu 2012-ci ilin dekabrında Cenevrədə keçirilib.

CƏNUBİ OSETİYA SƏRHƏDİNDƏ 3 GÜRCÜ JURNALİST SAXLANIB

Cənubi Osetiya ilə inzibati sərhəd xəttində 3 gürcü jurnalisti saxlanıb.

Tbilisidəki TV3 kanalı xəbər verir ki, müxbiri Bela Zakaidze, operator Vakhtang Lekiashvili və yayım texniki Mikheil Mikhoev aprelin 15-də axşam rus qüvvələr tərəfindən saxlanıb.

Televiziya heyəti «sərhəd» məsələsinə və rusların sərhəd xətini gürcülərin idarə etdiyi ərazilərə doğru dəyişməsi cəhdlərinə dair reportaj hazırlayırmış.

Cənubi Osetiya rəsmiləri üç jurnalistin «dövlət sərhədini pozduğuna» görə saxlandığını bildirir.

Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarında əsgər saxlayır.

Moskva 2008-ci ilin avqustunda Tbilisi ilə qısa müharibədən sonra hər iki regionu müstəqil dövlət kimi tanıyıb. Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıyandan sonra Tbilisi Moskva ilə diplomatik münasibətləri kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG