Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

Cənubi Osetiya sərhədində 3 gürcü jurnalist saxlanıb


Cənubi Osetiya ilə inzibati sərhəd xəttində 3 gürcü jurnalisti saxlanıb.

Tbilisidəki TV3 kanalı xəbər verir ki, müxbiri Bela Zakaidze, operator Vakhtang Lekiashvili və yayım texniki Mikheil Mikhoev aprelin 15-də axşam rus qüvvələr tərəfindən saxlanıb.

Televiziya heyəti «sərhəd» məsələsinə və rusların sərhəd xətini gürcülərin idarə etdiyi ərazilərə doğru dəyişməsi cəhdlərinə dair reportaj hazırlayırmış.

Cənubi Osetiya rəsmiləri üç jurnalistin «dövlət sərhədini pozduğuna» görə saxlandığını bildirir.

Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarında əsgər saxlayır.

Moskva 2008-ci ilin avqustunda Tbilisi ilə qısa müharibədən sonra hər iki regionu müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG