Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:19

Cənubi Koreya bərəsi batır


Arxiv foto
Arxiv foto
-

470 sərnişin daşıyan Cənubi Koreya bərəsi ölkənin cənub-qərb sahilində batıb. Rəsmilər 2 nəfərin öldüyünü, 300 nəfərin itkin düşdüyünü bildirir. 164 nəfər xilas edilib, bu, ilkin xəbər verildiyindən azdır.

Yerli media bərədəki sərnişinlərin çoxunun Jeju adasına səyahətə gedən tələbələr olduğunu yazır. Qəzanın səbəbi aydın deyil. Gəmi batmazdan öncə ucadan siqnal verilib.

Cənubi Koreya mediası böyrü üstə asmış gəminin və yaxınlıqdakı xilasedici gəmilərin fotolarını yayıb.

Bir tələbə aprelin 16-da batan bərədən xilas ediləndən sonra Jindo-da Cənubi Koreya jurnalistinə danışıb:

«Bizə bərədə sakit oturmağı tapşırdılar. Ancaq bərə batırdı. Tələbələrdən bəziləri xilas ola bilmədi. Bərə əyilməyə başladı. Soruşduq ki, bəlkə çıxmalıyıq. Ancaq elə hey deyirdilər ki, sakit duraq. İndi digər tələbələrə görə narahatam».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG