Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:15

Mobil rabitə xidmətlərindən əldə edilən gəlir 8 faiz artıb


2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda təşkilatlara və əhaliyə ümumi dəyəri 364,4 milyon manat olan informasiya və rabitə xidmətləri göstərilib ki, bu da 2013-cü ilin analoji dövr göstəricisindən 12,4 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,3 faiz əhaliyə göstərilən xidmətlərin payına düşüb. Bununla belə, əldə edilən gəlirlərin ümumi həcmindən 58,2 faiz mobil rabitə xidmətlərinin payına düşüb.

Ümumilikdə 2014-cü ilin yanvar-mart aylarında mobil rabitə xidmətlərindən əldə edilən gəlirlərin həcmi 212,2 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG