Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:25

Məhkəmə ANS-in Televiziya və Radio Şurasına qarşı iddiasını araşdırır


ANS-lə MTRŞ arasında məhkəmə çəkişməsinə səbəb olan canlı yayımdan görüntü.

ANS-lə MTRŞ arasında məhkəmə çəkişməsinə səbəb olan canlı yayımdan görüntü.


Aprelin 15-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Şirkətlər Qrupunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

APA informasiya agentliyinin məlumatına görə, iclasda hakim iddia ərizəsinin məzmununu elan edib. Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib.

Bu günlərdə ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-i məhkəməyə vermişdi.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzadlıqRadiosuna bildirmişdi ki, onlar məhkəmədən MTRŞ-nın “Adam içində” verilişinin bir buraxılışı ilə bağlı qərarının ləğvini istəyirlər.

Yanvarın 14-də MRTŞ sözügedən verilişdə “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1; 32.0.9; 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələblərinin pozulduğunu bildirmişdi. Buna görə də qurum “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq etmişdi.

Canlı yayımlanan verilişin həmin buraxılışında cindar bir nəfərdən “cin çıxarmışdı”.

Günün bütün mövzuları

XS
SM
MD
LG