Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:45

AB Azərbaycana yeni imkanlar təklif edir


Avropa Birliyinin xarici işlər şurası Lüksemburqda keçirilən iclasında Azərbaycanın Avropa Birliyinin proqramlarında iştirakını təmin etmək üçün AB və Azərbaycan arasında ümumi prinsiplərə dair Çərçivə Sazişi üzrə Avropa Birliyi –Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə protokolun imzalanması, müvəqqəti tətbiqi və yekunlaşdırılması haqqında qərar verib.

Bununla bağlı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlar aparılan mətndə tərəflərin bu protokolu imzalandığı tarixdən onun müddəalarını müvəqqəti olaraq tətbiq edəcəyi nəzərdə tutulur. Protokolun yaxın gələcəkdə imzalanması planlaşdırılır.

Protokol Horizon 2020, COSME və ya Gömrük kimi Avropa Birliyinin bir sıra konkret siyasət və proqramları çərçivəsində AB ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa yol açır. Cinayətkarlıq və terrorizmə qarşı mübarizə, mülki müdafiə, media, mədəniyyət və gənclərin mübadiləsi sahəsində proqramlar baxımından əlavə imkanlar da təklif ediləcək.
XS
SM
MD
LG