Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:04
-

“1992-ci ildən məcburi köçkün kimi bu rayonda məskunlaşmışıq. Əsasən əkinçilik və heyvandarlıqla məşğul oluruq. İstifadəmizdə olan örüş yerləri əlimizdən alınıb”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Beyləqandan 2-ci qrup müharibə əlili Xəqani Rzaquliyev yazıb. O, Beyləqan rayonu, Haramı sahəsi adlanan ərazidə məşğulluqlarını qurmuş müharibə əlilləri, veteran və məcburi köçkünlərin icarə torpaqlarının əllərindən alındığını iddia edir:

FİRMAMIZIN FƏALİYYƏTİNİ İFLİC EDİBLƏR

“Faktiki heç bir dövlət pulu xərclənmədən, heç bir neft pulu göyə sovrulmadan 2012-ci ildə 20 ton buğda, 92,6 ton kondisiya çəkidə xam pambıq istehsal edən “Sığnaq” firmasının fəaliyyətini İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Milli Kömək Fondu və Beyləqan rayon İcra Hakimiyyəti iflic vəziyyətə salıb. Bir müharibə əlilinin şəxsi vəsaiti ilə qurulmuş əmlak darmadağın edilib. Bu, cinayət hadisəsidir və biz bu fakta uyğun kimsədən cavab ala bilmirik”.

Şikayətçi deyir k, vaxtilə sahədə əkinlə məşğul olan 48 köçkün və 12 yerli ailə qazancdan məhrum olub:

“Bütün qanunsuzluqlar ölkə başçısı İlham Əliyevin adından edilir. Həm İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Milli Kömək Fondunun, həm də Beyləqan rayon İcra Hakimiyyəti əməkdaşları “buyruq qulları” olduqlarını və hətta bu layihəyə qarşı olduqlarını dəfələrlə məcburi köçkünlərin qarşısında bəyan ediblər. Bunu hər bir köçkün təsdiqləyə bilər. Ümumiyyətlə, ilk məktubundan son tenderinə kimi kütləvi saxtakarlıqlarla həyata keçirilən layihənin ayrı-ayrı detallarına diqqət yetirsək, bunun neft pullarını dağıtmaq xatirinə həyata keçirildiyini aydın görərik”. Arxiv - foto

Arxiv - foto


TƏKLİF OLUNAN KOMPENSASİYANIN MƏBLƏĞİ AZDIR

Köçkün yazır ki, dəfələrlə ölkə başçısına, baş nazirə müraciət ediblər. Ancaq bütün müraciətlər araşdırılması üçün Beyləqan rayon İcra Hakimiyyətinə yönəldilir.
Xəqani Rzaquliyev yazır ki, uzun illər istifadələrində olmuş torpaq sahələrinə görə adamlara təklif olunan kompensasiyadan da narazıdır:

“Uzun yazışmadan sonra tərkibi müharibəsi iştirakçılarından ibarət olan “Sığnaq” firmasına məxsus 50 hektar torpaq sahəsinin, orada əmlakın olduğunu etiraf etsələr də, sahəsi 125 kvadratmetr olan fermaya, 53 ədəd ağaca, subartezian quyusuna, transformator yarımstansiyasına, su xəttinə, 20 tonluq qüllə çənə, 3 naqilli elektrik xətti - 2550 metrlik, 13 ədəd dəmir-beton dirəyə, 3 keçid və dəhnə daxil olmaqla 6350 m baş arxa və s. cəmi 5 min manat təklif edirlər”.

İCRA HAKİMİYYƏTİ DEYİR, TORPAQLAR ZƏBT OLUNUB

Şikayətçinin deməsinə görə, razılaşmayanlara təzyiq göstərilir:

“Məmurlar razılaşmayanlara hədə-qorxu gələrək, polislərin köməyi ilə əkin yerlərini şumlayırlar. Bunu ölkə başçısının adından etdiklərini deyirlər. Dəfələrlə DİN “102” xidmətinə zəng etmişik, ancaq gəlib özbaşınalığın qarşısını almayıblar”.

Beyləqan rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Haramı sahəsi dövlət fondu torpaqları qış otlaq sahəsi kimi 2006-cı ilədək Ağdam və Tərtər rayonlarının inzibati tabeliyində olub. Prezidentin müvafiq fərmanından sonra bu torpaqlar Beyləqan rayonu Torpaq və xəritəçəkmə şöbəsinə verilib. Ərazidəki hektarlarla torpaq sahələri vaxtilə məcburi köçkünlər və bir neçə yerli sakin tərəfindən zəbt olunub. Zəbt edənlər orada əkinçilik və heyandarlıqla məşğul olublar. Ancaq həmin torpaq sahələrinə heç bir hüquqi sahiblikləri olmayıb. Buna görə də torpaq sahələri boşaldılır. İcra hakimiyyətindən bildiriblər ki, ərazidə dövlət layihələri həyata keçiriləcək.

Hüquqşünas Namizəd Səfərov belə mübahisələrin məhkəmə müstəvisində həll olunduğunu deyir. Onun sözlərinə görə, əgər torpaq istifadəçilərinin həmin torpağa mülkiyyət hüquqları olubsa, hazırda həmin ərazidə hər hansı layihə həyata keçirilirsə, ya əvəzli torpaq sahəsi verilməli, ya da kompensasiya ödənilməlidir. Məhkəmədə torpaqdan məhrum olduqları müddət ərzində itirdikləri mənfəət və gəlirin də ödənilməsini tələb edə bilərlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG