Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:44

Nazir: Belə fikirlər var ki, İsrail İrana hücum etsə...


«Azərbaycan ərazisindən onun qonşularının əleyhinə heç vaxt heç bir formada istifadə olunmayacaq. Bu, Azərbaycan Respublikasının rəsmi siyasətidir. Azərbaycan Konstitusiyasında da göstərilib ki, bizim ölkə heç vaxt üçüncü bir ölkənin hərbi bazalarına ev sahibliyi etməyəcək. Biz heç bir qüvvənin Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkələrə, o cümlədən İrana qarşı hərbi hücuma keçməsinə icazə verməyəcəyik».

Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov «belə fikirlər var ki, İsrail İrana hücum etsə, hərbi baza kimi Azərbaycan ərazisindən faydalanacaq. Azərbaycanın bu cür iddialarla bağlı mövqeyi nədən ibarətdir» sualına cavabında deyib.

«Mehr» xəbər agentliyinin məlumatında deyilir ki, İranın müdafiə naziri Hossein Dehghan deyib ki, «iki ölkənin regional və beynəlxalq məsələlərə baxışında orta nöqtə son dərəcə əhəmiyyətlidir».

İranın müdafiə naziri deyib ki, İran və Azərbaycan sərhədlərini dostluq və qardaşlıq sərhədləridir. İki ölkə sərhədlərində təhlükəsizlik tam hakimdir.

Zakir Həsənov bildirib ki, iki ölkə arasında əlaqələr güclüdür, Bakı hər sahədə Tehranla əlaqələri gücləndirməyə əhəmiyyət verir.
XS
SM
MD
LG