Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

MTN 36 kq narkotik vasitənin daşınmasının qarşısını alıb


Milli Təhlükəsizlik Nazirliyi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana 36 kq 500 qram narkotik vasitənin daşınmasının qarşısını alıb.

MTN-nin yaydığı məlumata görə, əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Eldar Həsənov saxlanıb. Ondan 25 kq 600 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Daha bir əməliyyat nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Tofiq Əkbərov və Zaur Bağırov tutulub. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilib.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlayıb. Eldar Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG