Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

-

“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında keçirilən yekun nitqində deyib. Prezident bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər:

“Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

İlham Əliyev deyib ki, ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görülməli, onlar məsuliyyətə cəlb edilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG