Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

Prezident əli çubuqlu parkinqçilərdən danışıb


-
“İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu bizə yaraşmır, yaraşmaz”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında deyib.

İlham Əliyev deyib ki, həmin adamlar gələcəkdə işlə təmin olunmalıdır: “Heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.
XS
SM
MD
LG