Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:17

Ciddi nöqsanlara yol vermiş 15 təhsil işçisi vəzifəsindən azad edilib


-
Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Bu haqda təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.

Nazir bildirib ki, təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb.

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər isə yalnız müsabiqə yolu ilə seçiləcək.

Nazir təhsil müəssisələrinə məxsus ərizələrin zəbt olunmasından da danışıb. Deyib ki, “əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır”.
XS
SM
MD
LG