Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:47

İlin əvvəlindən 28 hərbçi həlak olub


arxiv foto
arxiv foto
-
2014-cü ilin yanvarından aprelin 14-dək Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 28 nəfər təşkil edib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) məlumat yayıb. Mərkəzin direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 35 nəfər yaralanıb və ya xəsarət alıb. Həmin dövrdə vəfat edənlərdən 6-ı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 19-u isə qeyri-döyüş itkiləridir.

3 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

XƏSARƏT ALANLARDAN CƏMİ 4-Ü ERMƏNİ GÜLLƏSİNDƏN YARALANIB

Yaralılara və xəsarət alanlara gəlincə (35 nəfər), onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 4-ü erməni gülləsindən, 8 nəfər mina partlayışından, 6-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 32 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

ƏSGƏR ÖLÜMLƏRİNİN SAYI NECƏ AZALDILMALIDIR?

Cəsur Sümərinli
Cəsur Sümərinli
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə görə, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq. Cəsur Sumərinlinin fikrincə, əsgər ölümlərinin qarşısını almaq üçün bir neçə ciddi tədbirlər görülməlidir.

Hər şeydən öncə, əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Cəsur Sümərinliyə görə, bu günkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur.

Bundan başqa, hərbi hissələrdə insan hüquqularının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir.

Cəsur Sümərinli həm də, hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığının artırılmasını, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanmasını, onların bilik və bacarıqlarının¸o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmasını vacib hesab edir.

Ekspertə görə, hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Bundan başqa, zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır.

Cəsur Sümərinli Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmasını da təklif edir.

“Düşünürük ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq və bu zaman qeyri-döyüş itkilərinin sayı azalacaq. Əks halda itkilərin sayı daha da artacaq”, - deyə C.Sümərinli bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG