Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Pakistanda meyit yeyən bir nəfər tutulub


Pakistanda adamyemə ittihamı ilə Muhammad Arif adlı bir nəfər tutulub.

Pəncab vilayətində yaşayan bu adamın evində polis axtarış apararkən uşaq başı tapılıb.

Arif və onun qardaşı 2 il həbs cəzasını çəkəndən sonra keçən il azadlığa buraxılmışdı. Onlar qəbirlərdən meyitləri çıxarıb yeməkdə günahkar bilinmişdi.

Arif indi polisə deyir ki, evlərindən tapılan uşaq qəbirdən çıxarılmışdı. Onlar meyiti evə gətiriblər və qardaşı ilə birlikdə yeyiblər.

Polis hazırda onun qardaşı Fərman Əlini axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG