Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:29

«Tour d'Azerbaidjan-2014» veloyürüşü keçiriləcək


Arxiv foto
Arxiv foto
Mayın 7-dən 11-dək «Tour d'Azerbaidjan-2014» veloyürüşü keçiriləcək.

Yürüşdə hər birinin heyətində 6 velosipedçi yer alan 25 komanda mübarizə aparacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, yarışda «Itera-Katusha» (Rusiya), «Continental Team Astana» (Qazaxıstan), «Kolss Cycling Team» (Ukrayna), «Alpha Baltic-Unitymarathons.com» (Latviya), «An Post-Chain Reaction» (Irlandiya), «Team La Pomme Marseille 13» (Fransa), «Adria Mobil» (Sloveniya), «Development Team Giant-Shimano» (İsveç), «China Huasen Cycling Team» (Çin Xalq Respublikası), «Rapha Condor JLT» (Böyük Britaniya), «Leopard Development Team» (Lüksemburq), «Gebrüder Weiss-Oberndorfer» (Avstriya), «Torku Sekerspor» (Türkiyə), «Tusnad Cycling Team» (Rumıniya), «Rad-Net Rose Team» (Almaniya) və «Synergy Baku Cycling Project» (Azərbaycan) və Avstraliyanın milli komandası yarışacaq.

22 ölkəsini təmsil edən komandaların tərkibində ümumilikdə 150 velosipedçi mübarizə aparacaq.
XS
SM
MD
LG