Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Azərbaycan qazının ixracı ABŞ-da müzakirə olunub


Ukrayna böhranı kontekstində Azərbaycan qazının ixracı məsələləri müzakirə olunub

ARDNŞ-nin Amerika Nümayəndəliyi ABŞ Konqresinin Rayburn binasında «Avropa üçün təhlükəsiz enerji mənbəyi» mövzusunda brifinq təşkil edib.

ARDNŞ-in saytının məlumatında deyilir ki, brifinqin keçirilməsində əsas məqsəd Cənub Qaz Dəhlizinin etibarlı enerji mənbəyi kimi əhəmiyyətini vurğulamaq olub:

«Brifinqdə Konqress üzvlərinin, Macarıstan, Albaniya, Litva, Makedoniya, Çex Respublikasının səfirliklərinin nümayəndələri iştirak edib. ATƏT, Amerika yəhudi icması, «Statoil» şirkəti, Vaşington İnstitutu, Konqresin Xarici Əlaqələr Komitəsi və Atlantik Şurası kimi təşkilat və şirkətlərin də tədbirdə təmsil olunması regionun və Azərbaycanın regiondakı rolunun daim diqqət mərkəzində saxlanıldığını bir daha sübut edib».
XS
SM
MD
LG