Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Rumıniyada yeni SOCAR yanacaqdoldurma məntəqəsi istifadəyə verilib


Rumıniyanın Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

ARDNŞ-in saytının məlumatında deyilir ki, məntəqənin açılışı SOCAR prezidenti Rövnəq Abdullayevin Rumıniyaya səfəri çərçivəsində baş tutub.

Məlumatda deyilir ki, «yanacaqdoldurma məntəqəsində Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac eyni zamanda 4 kiçik avtonəqliyyat vasitəsinin yanacaqla təmin edilməsinə şərait yaradır. YDM ərazisində fəaliyyət göstərən «Nar» kafedə müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təklif olunur».

Hazırda SOCAR-ın Rumıniyanın Botoşan, Suçeava, Nyamtç, Yasi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Kluj dairələrində yanacaq doldurma məntəqələri var. Yeni açılmış YDM Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək sayca 2-ci belə obyektdir.
XS
SM
MD
LG